Logo

Sarayda şagird məktəb binasından yıxılıb

11.10.2024 13:34 173 baxış
IMG

Hadisə Saray qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Məktəbdə təhsil alan 8-ci sinif şagirdi ilkin məlumata görə, məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.

Xəbər lenti