Logo

BSU-nun şəhid məzunu Nicat Şükürlünün xatirəsi ehtiramla anılır

11.10.2024 14:05 158 baxış
IMG

Bu gün Bakı Slavyan Universitetinin (BSU) məzunu Vətən uğrunda şəhid olan Nicat Şükürlünün əziz xatirəsi ehtiramla anılır.

2022-ci ildə BSU tərəfindən Nicat Şükürlünün həyatına və qəhrəmanlığına həsr olunan “Nicat Yolu” adlı sənədli film çəkilib. Bu sənədli film onun ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda verdiyi mübarizəni əks etdirən qiymətli bir abidə kimi yaddaşlarda qalıb.

BSU olaraq Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin müqəddəs xatirəsi qarşısında dərin ehtiramla baş əyirik və onların vətənpərvərlik irsinin gələcək nəsillərə nümunə olaraq çatdırılmasını vacib hesab edirik.

Allah rəhmət eləsin!

Xəbər lenti