Bakı Ali Neft Məktəbi (BANM) məzunu olan Ruhan Budaqlı növbəti böyük addımını atmağa hazırlaşır. O, Vaşinqtonda "Proseslərin Avtomatlaşdırılması" ixtisası üzrə təqaüd qazanaraq təhsilini davam etdirmək hüququ əldə edib. Bu uğur təkcə onun şəxsi nailiyyəti deyil, həm də Azərbaycanın beynəlxalq arenada yetirməyə başladığı gənc və bacarıqlı mütəxəssislərin artmasının əyani sübutudur.