Naxçıvanda ilk dəfə olaraq “Maarifçi” tələbə-məzun təcrübə proqramının icrasına başlanılıb. Uğurlu namizədlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təcrübə proqramına qoşulublar.
Təcrübə proqramının iştirakçılar təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər.
Fatimə Rəhimova Naxçıvan Müəllimlər İnstitutunun məzunudur:
"Öncəliklə qeyd edim ki, bu proqramı ilk dəfə olaraq Naxçıvan MR Təhsil Nazirliyinin rəsmi səhifəsində gördüm. Öz-özümə "Niyə də olmasın?" deyərək və ən əsası da özümə güvənərək qeydiyyatdan keçdim. Bu gün mən özümü çox şanslı hiss edirəm. Səbəb isə ölkə üzrə 2741 namizəd arasında uğur qazanan 4 nəfərdən biri olmağımdır. Biz artıq təcrübəmizi Naxçıvan MR Təhsil Nazirliyində həyata keçiririk. Burada səmimiyyətlə qarşılanmağımızın, rəhbərlik tərəfindən söhbət aparılmasının, bizim adaptasiyamızı daha da sürətləndirəcəyinə inanıram. Düşünürəm ki, bu proqram yeni təcrübə əldə etmək üçün yaxşı fürsətdir. Proqramı uğurla həyata keçirməklə gələcəkdə təhsil islahatlarının birbaşa icraçılarından biri olmaq istəyirəm.
Naxçıvan Dövlət Universitetinin 4-cü kurs tələbəsi Rəşad Rüstəmov da proqramın iştirakçısı olduğu üçün sevinclidir.