Logo

COP29 çərçivəsində simulyasiya təlimləri davam edir

11.10.2024 14:49 179 baxış
IMG

COP29 çərçivəsində 10 oktyabrda Təhsil İnstitutu və Bakı şəhər 129 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı elmi seminar təşkil olunub və seminar zamanı ARTİ əməkdaşları tərəfindən təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maarifləndirici simulyasiya təlimi keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məhluqə Əzizova COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”ndə Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş tədbirlər planına uyğun məktəbdə təşkil olunan “Ekologiya ayı” çərçivəsində görülən işlər haqqında geniş məlumat verib.

ARTİ əməkdaşı Məhəbbət Paşayeva COP29-un Azərbaycan üçün iqtisadi, siyasi, ekoloji əhəmiyyətinə toxunub, iqlim dəyişikliyi ilə mübarizənin həlli yolları haqqında məruzə edərək gənc nəsildə ekoloji təfəkkürün, ekoloji mədəniyyətin vacibliyini qeyd edib.

ARTİ əməkdaşı Xalidə Hüseynova COP29-la bağlı təbii resurslardan düzgün istifadədən bəhs edərək təhsilalanlar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təqdimatla geniş çıxış edib. O qeyd edib ki, ölkəmiz beynəlxalq aləmdə enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirməkdədir və bu sahədə yeni marşrutların qurulması, yeni resursların cəlb olunması dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanılan vacib məsələlərdəndir.

Tədbir şagirdlərin diskussiyası ilə davam edib, suallar cavablandırılıb və sonda videoçarx nümayiş etdirilib.

Xəbər lenti