Logo

ADU tələbələri Koreyanın milli bayramı olan “Əlifba” gününü belə qey etdi

11.10.2024 16:13 152 baxış
IMG

Azərbaycan Dillər Universiteti və Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında imzalanan qarşılıqlı memoranduma əsasən Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Koreya dili üzrə təhsil alan tələbələri Koreyanın milli bayramı olan “Əlifba” gününü şagirdlərlə qeyd ediblər.

Tədbirdə fakültənin koreya dili müəllimi profesor Choi Ho və Koreya mərkəzinin əməkdaşı Günel Abbasova iştirak edib.

Tələbələrimiz Koreya mədəniyyətini, milli musiqisini və rəqslərini nümayiş etdirib.

Sonda viktorina keçirilib və şagirdlər mükafatlandırılıb.

Xəbər lenti