Logo

Fizika və biologiya fənni üzrə keçirilən beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış şagirdlərin adları məlum olub

11.10.2024 16:26 398 baxış
IMG

28 sentyabrda Bakı şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika fənni və 6 oktyabrda Bakı şəhər, S.C.Pişəvəri adına Humanitar fənlər təmayüllü gimnaziyada biologiya fənni üzrə keçirilən beynəlxalq olimpiadalara seçmə imtahanında uğur qazanmış şagirdlərin adları məlum olub.

Qeyd edək ki, seçmə imtahanlarında uğur qazanan şagirdlər Beynəlxalq Olimpiada Mərkəzində intensiv dərslərə cəlb edilir. Bu mərkəzin əsas məqsədi, müxtəlif fənlər (fizika, kimya, biologiya, informatika və riyaziyyat) üzrə dərin biliklərə malik olan şagirdlərimizin beynəlxalq olimpiadalara hazırlığını təmin etməkdir.

Dərslər olimpiada təcrübəsinə malik yerli və beynəlxalq mütəxəssislər tərəfindən aparılacaq. Eyni zamanda, beynəlxalq olimpiada səviyyəsində keçirilən testlər və tapşırıqlar vasitəsilə mütəmadi olaraq şagirdlərin inkişafı izləniləcək.

Seçmə imtahanlarının nəticələri ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:

Biologiya

Fizika X sinif

Fizika XI sinif

 

Xəbər lenti