Logo

Türkiyədən bu ölkələrə “beyin köçü” baş verir

12.10.2024 09:49 233 baxış
IMG

Türkiyə Statistika Təşkilatı (TÜİK) tarixində ilk dəfə olaraq Türkiyənin “beyin köçü” ilə bağlı məlumat toplusunu dərc edib.

Tehsil.biz TÜİK-ə istinadən xəbər verir ki, ali təhsil alanların ən çox üstünlük verdiyi ölkə ABŞ olub. TUİK-in 2021-2023-cü illərə aid olan araşdırmasına əsasən, ali təhsil aldıqdan sonra xaricə gedən Türkiyə vətəndaşlarının 21,4 faizi ABŞ-yə miqrasiya edib.

ABŞ-ni 17,5 faizlə Almaniya, 11,2 faizlə Böyük Britaniya, 6,9 faizlə Hollandiya və 4,9 faizlə Kanada izləyib. Ümumilikdə, Türkiyədə ali təhsil alan vətəndaşların 2 faizinin xaricə üz tutduğu məlum olub. 2015-ci ildə bu göstərici 1 faiz idi.

Xaricə gedən ali təhsilli türklərin 6,8 faizi informasiya kommunikasiya texnologiyaları, 4,4 faizi inşaat mühəndisi olub.

Xəbər lenti