Logo

Şəkidə şagird faciəvi şəkildə ÖLDÜ

12.10.2024 10:20 233 baxış
IMG

Şəkidə 15 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tehsil.biz-ə bildirilib ki, oktyabrın 11-də saat 22 radələrində Şəki rayonunun Qoxmuq kəndi ərazisində Ülvi Salamzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Asim Abdurahmanlını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti