Logo

ADNSU-da növbəti təcrübə proqramının tələbələrə təqdimatı keçirilib

12.10.2024 11:41 153 baxış
IMG

Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Caspian Energy Club"ın təcrübə proqramının təqdimatı keçirilib. 
Təcrübə bölməsinin rəhbəri Səbinə Əliyeva iştirakçıları salamlayaraq 2024-cü ilin məzunları və Azərbaycan universitetlərinin 2, 3 və 4-cü kurs tələbələri üçün nəzərdə tutulan ödənişli təcrübə proqramının önəmindən danışıb və tələbələri belə layihələrdə aktiv iştiraka dəvət edib. 
"Caspian Energy Club"ın təsisçisi və baş direktoru Telman Əliyev məzunlar və sonuncu kurs tələbələri üçün nəzərdə tutulan təcrübə proqramı haqqında ətraflı məlumat verib,  uğurlu iş və karyera imkanlarından danışıb, gənclərə uğur qazanmağın və perspektivli olmağın yollarından söz açaraq öz tövsiyələrini verib. 
İnteraktiv keçən görüşdə həmin təcrübə proqramı çərçivəsində gənclərə yaradılan iş fürsətlərindən danışılıb, həmçinin “Caspian Energy Club”-a üzv olan iri şirkətlərlə gənclərin əlaqələrinin koordinasiyası və karyera imkanlarını dəyərləndirilərək müzakirələr aparılıb.

Xəbər lenti