“Yüksəliş” müsabiqəsinin qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova tələbələrə şəxsi və ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünü ifadə etmək üsulları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib.
Təlimdə çıxış edən birinci “Yüksəliş” müsabiqəsinin qalibi Ruslan Mirzəliyev isə tələbələri şəxsi inkişaf sahəsində əhəmiyyətli addımlar atmaq barədə məlumatlandırıb.
Sonda qaliblər tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb, mövzular ətrafında müzakirə aparıblar.