Bəzi siyasətçilər arasında belə bir fikir hökm sürür ki, əgər müəyyən sahə ilə əlaqəli diplomun varsa, deməli dərs keçə bilərsən. Molekulyar kimya üzrə magistr dərəcəniz var? Elə isə təbiət elmlərini tədris etməyiniz məqsədəuyğundur. Təsəvvür bundan ibarətdir ki, müvafiq mütəxəssis biliyinə maliksinizsə, həmin biliyi səmərəli şəkildə başqalarına ötürmək mümkündür. Guya bilməli olduğunuz yalnız budur, qalanı isə mexanikadır. Əslində isə belə deyil. Əlbəttə, nəyi öyrətdiyini bilmək, adətən, vacib amildir. “Adətən” deyirəm, çünki hər zaman belə olmadığı ilə razıyam. Rumin dilini bilmirəm, deməli, onu öyrədə biləcəyimə ümid o qədər də böyük deyil. “Çəkinmə, işə başla. Nə qədər çətin ola bilər ki?” deməyin mənası yoxdur, çünki bunu edə bilmərəm. Amma fənni bilmək yaxşı müəllimlik üçün vacib olsa da, hər zaman yetərli olmaya bilər.
Maykl Stivens “Youtube” kanalı olan “Vsauce”da xeyli sayda uşağı elm haqqında daha çox öyrənməyə həvəsləndirir, eyni zamanda bu fikri məmnuniyyətlə qəbul edir. “-Müəllimlik çox fərqlidir. Mən istədiyim mövzu haqqında istediyim vaxt-həftədə bir dəfə epizod hazırlayıram, müəllimlər isə hər gün işə gəlməli, dövlət tələblərinə cavab verməli, intizam aşılamalı və bir çox başqa rolu yerinə yetirməlidirlər. Məncə “Vsauce”da müstəqil araşdırmalar təklif edirəm”-o deyir.
Yaxşı müəllimliyin qalan yarısı şagirdləri həvəsləndirməyin yollarını bilməkdən ibarətdir. Yüksək nəticələr göstərən məktəb sistemlərinin müəllimlərin seçiminə və hərtərəfli hazırlığına bu qədər investisiya yönəltməsininin, bu sistemlərdə müəllimliyin yaxşı mükafatlandırılan və hörmətəlayiq peşə olmasının səbəbi məhz budur.
Müəllimlərin ilkin hazırlığına sahə üzrə çalışan müəllimlərin rəhbərliyi altında aparılan geniş praktika daxil olmalıdır. Lakin təhsil praktikası və ideologiya tarixinin, onu təşkil edən müxtəlif düşüncə məktəblərinin və hərəkatlarının öyrənilməsi də diqqədən kənarda qalmamalıdır. Müəllimin əsas işi öyrənməyə yardım etmək olduğundan bura öyrənmə nəzəriyyələrinə dair ciddi araşdırmalar, psixologiya və hazırda həyatı əhəmiyyət qazanan koqnitiv elmlər üzrə tədqiqatlar daxil olmalıdır. Eyni zamanda müxtəlif ölkələrdə təhsil sistemlərinin necə funksiya göstərdiyi, eləcə də onların nəticə və təsirlərinin başa düşülməsi də diqqətə alınmalıdır.
Yaxşı məktəbləri yaxşı müəllimlər yaradırlar. Onlar müxtəlif funksiyaları yerinə yetirməklər şagirdlər üçün aşağıdakı 3 əsas məqsədi həyata keçirə bilərlər:
İlham vermək- müəllim öz fənninə duyduğu ehtirasla şagirdlərinə ilham verir, potensiallarını mümkün olan ən yüksək səviyyədə gerçəkləşdirmək üçün onalrı ruhlandırır.
Özünə əminlik- müəllim şagirdlərinə özünə əminlik, eləcə də bilik və səriştələrini inkişaf etdirməyi davam etdirmək üçün müstəqil öyrənmə qabiliyyəti qazanmağa, gərəkli bilik və bacarıqları əldə etməyə yardım göstərir.
Yaradıcılıq- müəllim şagirdlərinə təcrübə aparmaq, sorğulamaq, sual vermək, orjinal düşüncə bacarıqlarını və istedadlarını inkişaf etdirmək imkanı qazandırır”.
Sizə ən yaxın