Logo

ADPU-nun Quba filialının müəllimi Volqoqrad tələbələrinə “Türk Dövlətləri Təşkilatı” mövzusunda mühazirə oxuyub

13.10.2024 12:16 240 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı Rusiya Federasiyasının Volqoqrad Dövlət Universiteti və İctimai Diplomatiya Mərkəzi ilə birgə “Beynəlxalq münasibətlər” ixtisasının tələbələri üçün mühazirə təşkil edib. 

Pedaqoji Universitetin Quba filialının Humanitar elmlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva Volqoqrad Dövlət Universitetinin tələbələri üçün “Türk Dövlətləri Təşkilatı” mövzusunda mühazirə oxuyub. 

Mühazirədə türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyanın dərinləşməsinə yönəlmiş beynəlxalq əhəmiyyətli layihələrin Avrasiya üçün oynadığı tarixi roldan bəhs edilib, həmçinin, Türk Dövlətləri Təşkilatının təşəkkülü, Avrasiyada qarşılıqlı səmərəli siyasi-iqtisadi əlaqələrin genişlənməsi kimi məsələlərə toxunulub.

Xəbər lenti