Logo

Kamal Abdullanın yaradıcılığı Türkiyə portallarında

13.10.2024 21:38 91 baxış
IMG

Türkiyənin populyar “Detay haberler” və “Haber 232” portalları dünya ədəbiyyatından aparıcı nümunələrin işıqlandırıldığı səhifələrdə Azərbaycanın Xalq yazıçısı Kamal Abdullanın türk dilinə uyğunlaşdırılmış “Bir sevgi hekayəsi” əsərinin nəşrinə başlayıb.

Bu barədə Tehsil.biz-ə Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanan əsər yazıçının yığcam yaradıcı bioqrafiyası ilə təqdim olunub.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən portallar mütəmadi olaraq öz səhifələrində Nizami Gəncəvi, Yunis Əmrə, Edqar Allan Po, Frans Kafka, Alber Kamü kimi dünyaşöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.

 

İnci Əsədova

Xəbər lenti