Logo

Adil Kərimli Naxçıvanda bir sıra mədəniyyət ocaqlarına baxış keçirib

13.10.2024 21:40 279 baxış
IMG

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 11-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Qəbuldan sonra nazir Naxçıvan şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin Ev-Muzeyini, Hüseyn Cavid Məqbərəsini və Bəhruz Kəngərli Muzeyini ziyarət edib. Muzeylərin və məqbərənin fəaliyyəti haqqında məlumat verilib.

Daha sonra muxtar respublikanın Şahbuz rayonuna səfər edən nazir burada Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi və Şahbuz şəhərindəki "Araz" kinoteatrına baxış keçirib.

Müəssisələrlə tanışlıq zamanı bildirilib ki, ölkəmizdəki bütün mədəniyyət və bədii təhsil ocaqlarına vahid yanaşma mövcuddur. Müəssisələrdə fəaliyyətin müasir tələblər səviyyəsində qurulması diqqətdə saxlanılmalıdır.

Bundan əlavə, muxtar respublikaya səfər çərçivəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müşavirləri Cahangir Səlimxanov, Oleq Əmirbəyov və Cəsarət Valehov müvafiq sahələr üzrə Naxçıvan şəhərində müəssisələr və kollektivlərlə tanış olublar.


 

Xəbər lenti