Logo

Türk xalqlarının xarici dil öyrənmə məsələlərinə dair kitab işıq üzü görüb

13.10.2024 21:41 413 baxış
IMG

Bakı Dövlət Universitetinin doktorantı, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərovanın “Xarici dil potensialının gücü: Türk dünyasının beynəlxalq arenada yüksəlişi” monoqrafiyası çapdan çıxıb.

Tehsil.biz-in məlumatına görə nəşrdə türk xalqlarının xarici dil mənimsəməsi və bunun onların iqtisadi, siyasi və mədəni inkişafına təsiri geniş şəkildə araşdırılıb. Tədqiqat əsərində türk xalqlarının dil xüsusiyyətləri, xarici dil öyrənilməsi zamanı ortaya çıxan çətinliklər və onların həlli yolları diqqət mərkəzinə çəkilib. Kitabda türk dillərinin qrammatik strukturu, sözlərin aqlütinativ quruluşu, lüğət fondu, ifadə vasitələri, habelə bu dillərin daşıyıcılarının dünyagörüşünü formalaşdıran əsas amillərin xarici dil öyrənmə prosesinə təsir imkanları tədqiq edilib.

Giriş, 11 fəsil və ədəbiyyat siyahısından ibarət kitabda Türk dünyasının çoxdilli gələcəyi, qloballaşma və texnoloji inqilab kontekstində perspektivləri də təhlil süzgəcindən keçirilib.

Bakıda “ReadENG” nəşriyyatında çap olunan kitabın elmi redaktoru “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunislidir.

Xəbər lenti