Logo

Orta məktəbin ərazisində İkinci Dünya müharibəsinə aid partlamamış bomba tapılıb

13.10.2024 22:15 105 baxış
IMG

Almaniyanın Hamburq şəhərinin Şantsenfirtel (Schanzenviertel) bölgəsində, orta məktəbin ərazisində İkinci Dünya müharibəsi dövrünə aid partlamamış bomba tapılıb.

Tehsil.biz xəbər verir ki, kütləsi təxminən 250 kiloqram olan bombanın zərərsizləşdirilməsi üçün 300 metr radiusda əraziyə giriş qadağan edilib, dəmir yolunda hərəkət məhdudlaşdırılıb.

Yaxınlıqda yaşayan təxminən 5 min nəfərin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilir. Təxliyə olunan sakinlər üçün gimnaziyaların birində müvəqqəti sığınacaq yaradılıb. Sakinlər avtobuslarla buraya gətirilir.

Polis Şantsenfirtel ərazisinə getməmək barədə əhaliyə ciddi xəbərdarlıq edib.

Şantsenfirtel Hamburq əhalisinin asudə vaxt keçirmək üçün ən çox üz tutduğu məkanlardandır.

Xəbər lenti