Dərs çalışmaq üçün səy göstərən, diqqətini toplaya bilməyən hər kəsin əsas problemi özü üçün rejim yaradıb ona əməl etməməsidir. Bu problem həll etməyin bir neçə yolu var.
Sizə bu 5 üsulu təqdim edirik:
Təmiz havada gəzin
Əgər dərs və ya iş prosesində çətinlik çəkirsinizsə, 10 dəqiqəlik gəzmək bir çox problemi həll edir. Bir az ara verib çöldə hava alsanız, beyniniz rahatlaşacaq. Yenidən işinizə qayıdanda rahatlıqla işləyəcəksiniz.
Qısa yemək fasiləsi verin
Analar bir çox hallarda dərs çalışarkən uşaqların yanına qəlyanaltı üçün qidalar qoyarkən əslində haqlıdırlar. Dərs arası belə qidalar beyni və bədəni rahatlaşdırır.
Musiqi dinləyin
Musiqi hər yaşda insanın zehninin açılmasına və yaxşılaşmasına kömək edir. Bu da yaddaş və öyrənmə funksiyalarınızın güclənməsini təmin edir.
Düzgün yuxu rejimi
Nizamlı yatmaq beyinin inkişafına müsbət istiqamətdə təsir göstərir. Ertəsi gün yaxşı çalışmaq üçün yuxunuzu almağınız lazımdır.
Rejim yaratmaq
Hər gün eyni saatda işə başlayıb, eyni vaxtda dincəlmək beyninizi növbəti işlərə hazır edir. Rejimlə görülən hər bir iş uğuru artırır.