Logo

Fransanın təhsil sistemində qeyri-adi qaydalar

13.10.2024 22:50 565 baxış
IMG

Xüsusi  ilə  universitet  seçimində  dünya  gənclərinin  diqqət  mərkəzində  olan  Fransa  təhsil  sistemi  özünəməxsus  quruluşa  məxsusdur. Sizə keyfiyyəti  və  fərqlilikləri  ilə  dünyanın  diqqətini  çəkən  Fransa  təhsil  sistemini  təqdim  edirik.

Fransada Məktəbəqədər  təhsil

Fransada  bu  təhsil  pilləsi  məcburi  hesab  edilmir  və  5  sinfə  bölünür

Fransada  uşaqların  məktəbəqədər  təhsili   alması   məcburi  deyil. Ancaq  işləyən  valideynlərin  vəziyyəti, övladlarının  ibtidai  təhsilə  daha  yaxşı, məlumatlı  şəkildə  başlaması  arzusu  və  bunun  kimi  bir  çox  səbəblə  ailələr  uşaqlar  üçün  məktəbəqədər  təhsili  vacib  hesab  edir. Fransada  Təhsil  Nazirliyinin  2012-ci  il  məlumatlarına  əsasən,  3-5  yaş  aralığında  olan  uşaqların  demək  olar  ki, hamısı  məktəbəqədər  təhsili  alır. Məktəbəqədər  təhsil  proqramının  məqsədi uşaqların  dil  və  şəxsi  bacarıqlarını  inkişaf  etdirmə, sosiallaşma  bacarıqlarının  aşılanması, əlifba  ilə  tanışlıq  və  mühakimə  qabiliyyəti  qazandırmaq  və  s.  kimi  proseslərlə  uşaqları  ibtidai  təhsilə  hazırlamaqdır. Məktəbəqədər  sinifləri  yaş  qruplarına  görə  aşağıdakı  kimi  tənzimlənir:

  • TPS (Toute petite section): 0-2 yaş  aralığında  olan  uşaqları  əhatə  edir
  • PS (Petite Section) : 3 yaşlı uşaqların  sinfi
  • MS (Moyenne Section) : 4 yaşlı  uşaqların  sinfi
  • GS (Grande Section) : 5 yaşlı  uşaqların  sinfi

İbtidai  təhsil – Ecole Primaire (Elementaire)

Şagirdin  ibtidai  təhsili  hansı  məktəbdə  alacağını  bələdiyyə  seçir 

İbtidai  təhsil  məcburi  təhsilin  ilkin  mərhələsi  və  məktəbəqədər  təhsilin  davamıdır. Uşaqlar  üçün  ibtidai  təhsil  müəssisəsi  yaşaqdıqları  ünvana  uyğun  olaraq  bələdiyyə  tərəfindən  seçilir. Valideyn  övladı  müəyyən  səbəblərə  görə  başqa  bir  məktəbə  göndərmək  istəyərsə  bunun  üçün  bələdiyyəyə  “dérogation” adlanan tələb –icazə  məktubu  ilə  müraciət  etməlidir.

Bu  pillə  5  sinfə  bölünür

İbtidai  təhsil  5  sinfə  bölünür. Oxu, yazı, təməl  məlumatlar, xarici  dil  incəsənət, idman dərsləri, cəmiyyət  və  bərabər  yaşayış  qaydaları  dərsləri  5  il  boyunca  uşağı  ümumi-orta  təhsilə  hazırlayır. Bu  5  sinif  aşağıdakılardır:

  • CP (Cours Préparatoire): İbtidai  təhsilin  birinci  sinfidir  və  hazırlıq  sinfi  hesab 
  • CE1 (Classe Elémentaire 1): İbtidai  təhsilin  2-ci sinfidir.
  • CE2 (Classe Elémentaire 2): İbtidai təhsilin  3-cü 
  • CM1 (Cours Moyen 1): İbtidai təhsilin  4-cü 
  • CM2 (Cours Moyen 2): İbtidai təhsili  5-ci 

İbtidai  sinif  şagirdləri  üçün  bəzi  özəl  siniflər  də  mövcuddur.

CLİN (Classe d’ initiation  pour  non - francophones)  sinifləri  ölkəyə  gələn  və  fransızca  bilməyən  şagirdlər  üçün  öz  dərslərindən  əlavə  təşkil  siniflərdir.

CLİS (Classe pour l’inçlusion scolaire)  sinifləri  öyrənməkdə  çətinlik  çəkən, eşitmə, görmə, zehni  əlilliyi  olan  uşaqlar  üçün  xüsusi  olaraq  təşkil  edilir.

Xəbər lenti