Logo

MDU tələbələri “Poliqon”da hərbi vətənpərvərlik ruhunda təlim alıblar

14.10.2024 10:28 210 baxış
IMG

11-13 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) 50 nəfər tələbəsi “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsinə qatılıb. Düşərgənin bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov da iştirak edib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Məlumata görə, Üzeyir Zeynalov bildirib ki, bu kimi təlimlər və tanışlıqlar tələbələrimizin vətənpərvər ruhda yetişməsi və tariximizin gerçəkləri ilə daha yaxından tanış olmaları baxımından vacibdir.

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan düşərgə gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün vacib məkanlardan biri olaraq “Poliqon” adı altında həyata keçirilib. Universitetin tələbələri düşərgənin növbəti qonaqları olub.

Düşərgə çərçivəsində tələbələr bir çox fəaliyyətlərdə iştirak ediblər. Onlar intellektual yarış, sıra hazırlığı, mühəndis hazırlığı, mina təmizləmə, silahların sökülüb yığılması, airsoft atışları, tir atışı, dağçılıq, topoqrafiya və Şuşa əməliyyatının maket üzərində izahı kimi praktiki təlimlərdə cəlb olunublar. Bununla yanaşı, müxtəlif idman yarışları və nümunəvi hazırlıqlar da düşərgənin proqramında yer alıb.

Düşərgədə təlimlər, Xüsusi təyinatlıların ehtiyatda olan hərbi qulluqçuları tərəfindən aparılıb. Tələbələr, eləcə də 2020-ci il Vətən müharibəsi zamanında erməni qəsbkarları tərəfindən atəşə tutulan Tərtər rayonunun hıssələrinin qalıqları ilə də tanış olublar. Qeyd edək ki, düşərgə müddətində tələbələrimiz özəl fəallıqları və bacarıqları ilə fərqləniliblər. Tələbə gənclərin milli-mənəvi dəyərlərimizə bağlı yetişdirilməsi rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır.

Xəbər lenti