Logo

Turizm və Menecment Universiteti ilə Balıkesir Universiteti birgə layihələr həyata keçirəcək

14.10.2024 12:47 83 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Türkiyənin Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb.

ATMU-dan verilən məlumata görə, anlaşma memorandumu elm, tədris, mədəni sahələrdə sıx əməkdaşlığın qurulmasına təkan verməklə yanaşı, müştərək layihə və tədqiqatların aparılmasına, o cümlədən tələbə-müəllim mübadiləsinə imkan yaradacaq.

İmzalanma mərasimində çıxış edən ATMU-nun rektoru İlham Mədətov və Balıkesir Universitetinin rektoru Yücel Oğurlu anlaşma memorandumunun əməkdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə, birgə layihə və tədqiqatlar aparılmasının akademik mühitə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Xəbər lenti