Logo

Millət vəkili Bədəl Bədəlov qazi qardaşının təhsil xərclərini öz üzərinə götürdü

14.10.2024 15:47 444 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Bədəl Bədəlov Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının qərargahında vətəndaşları qəbul edib.

"Tehsil.biz" xəbər verir ki, millət vəkili onların problem və müraciətlərini dinləyiblər. YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin də iştirak etdiyi qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Digər müraciətlərin araşdırılması və həlli üçün mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə rəsmi müraciətlərin ünvanlanması məqsədə müvafiq hesab edilib.

Qəbuldan sonra Vətən müharibəsi qazisi, Borsunlu kənd sakini Elmar Elmir oğlu Nəsirov evində ziyarət edilib, qazi ailəsinin sosial qayğılarının diqqətdə saxlanılacağı bildirilib. Həmçinin, deputat Bədəl Bədəlov qazinin qardaşı Eltun Nəsirovun təhsil xərclərini öz üzərinə götürüb.

 

Xəbər lenti