Logo

Komitə sədri: Ölkəmizdə qızların təhsilinə bütün dövrlərdə qayğı göstərilib

14.10.2024 15:56 321 baxış
IMG

“Müsəlman şərqində elmin, təhsilin, mədəniyyətin beşiyi Azərbaycandır. Bu da o deməkdir ki, bütün dövrlərdə Azərbaycanda təhsilə xüsusi diqqət olub. Qızların təhsilinə isə bütün dövrlərdə qayğı göstərilib”.

Bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı deyib.

O bildirib ki, bu gün də ölkəmizdə qızların təhsilinə, bərabər inkişafına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və 

Təhsilin İnkişafı Fondu ilə birlikdə dəstək olmaq istəyən şirkətlərin də sayı artıb:

“Artıq 2025-ci ildə bizim ilk məzunlarımız olacaq. 4 il ərzində (2024-cü il - 50 nəfər də daxil olmaqla) 58 rayon (2024-cü il -49) üzrə 144 qız cəlb olunub. Ölkə üzrə daha yüksək təmsilçilik Ağdam, Füzuli, Masallı, Zaqatala və Bərdə rayonları üzrə olub". 

O əlavə edib ki, layihə iştirakçısı olan 27 qız 2024-cü ildə 17 ali təhsil müəssisəsinə daxil olub:

“Üstünlük təşkil edən universitetlər isə Bakı Dövlət Universiteti,  Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti olub”.

Xəbər lenti