Logo

BDU-da "Liderlik məktəbi"

14.10.2024 16:27 234 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Psixoloji yardım sektorunun təşkilatçılığı ilə "Liderlik məktəbi" layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib. Psixoloji yardım sektorunun əməkdaşı, psixoloq Natəvan Həsənzadə layihənin məqsədinin tələbələrin liderlik bacarıqlarını inkişaf etdirmək, qrup idarəetməsi, düzgün qərar qəbuletmə və effektiv ünsiyyət qurmağı öyrətmək olduğunu deyib. Layihə tələbələrin şəxsi inkişafına müsbət təsir göstərəcək, onlarda inam, tənqidi düşüncə və analiz qabiliyyətlərini inkişaf etdirəcək.

"Liderlik məktəbi" layihəsi iştirakçıların liderlik və komanda işini öyrənmələrinə dəstək olmağı hədəfləyir. Layihə çərçivəsində tələbələr liderlik bacarıqları, qrup idarəetməsi, qərar qəbuletmə və effektiv ünsiyyət sahələrində bilik və bacarıqlar əldə edəcəklər.

"Liderlik məktəbi" layihəsi uzunmüddətlidir və hər həftə keçiriləcək təlimlərlə davam edəcək.

Xəbər lenti