12 oktyabrda Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə keçirilən beynəlxalq olimpiadalara hazırlıq dərslərinə seçmə imtahanında iştirak etmiş şagirdlərin nəticələri bəlli olub. Belə ki, seçmə imtahanında 52 nəfər aşağı, 53 nəfər isə yuxarı yaş qrupu olmaqla ümümilikdə 105 nəfər iştirak edib.
Nəticələrə əsasən beynəlxalq olimpiadalara hazırlıq dərslərinə aşağı yaş qrupu üzrə keçid balı 12 və daha yuxarı olan 14 şagird, yuxarı yaş qrupu üzrə isə keçid balı 21 və daha yuxarı olan 31 şagird seçilib.
Seçmə imtahanlarının nəticələri ilə tanış olmaq üçün müvafiq keçidə daxil ola bilərsiniz:
Bütün şagirdlərə uğurlar arzu edirik!
Aşağı yaş qrupunun nəticələri (12.10.2024)
Yuxarı yaş qrupunun nəticələri (12.10.2024)