Logo

Gədəbəydə məmur müəllimi qaçırdı

15.10.2024 11:13 288 baxış
IMG

Gədəbəydə məmur qız qaçırıb.

Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı İdarəsinin baş mühəndisi A.İ. rayonda müəllim kimi çalışan qadını qaçırıb.

Polisin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə A.İ-nin yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Zorla qaçırıldığı bildirilən qadın ailəsinə təhvil verilib.

Hadisəni törətmiş məmur saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Milli.az saytı yayıb.

Xəbər lenti