Logo

ADNSU tələbələri Hərbi Qənimətlər Parkında və Zəfər Muzeyində

15.10.2024 12:54 311 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Hərbi Qənimətlər Parkında və Zəfər Muzeyində ekskursiyada olublar. 
ADNSU-nun Humanitar fənnlər kafedrasının müəllimlərinin təşkilatçılığı ilə keçirilən ekskursiyada İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələri iştirak ediblər.
Tələbələr açıq səma altında salınan parkda 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış olublar. 
Hərbi Qənimətlər Parkına ekskursiya tələbələrdə Vətən müharibəsində qazanılan tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Xəbər lenti