Logo

ADU-nun tələbələri niyə 3 aydır təqaüd ala bilmirlər?

16.10.2024 09:55 35 baxış
IMG

Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.

Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

“Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.

Günay Şahmar

Xəbər lenti