Logo

Bu universitetə yeni prorektor TƏYİN EDİLDİ

16.10.2024 10:44 527 baxış
IMG

Azərbaycan Tibb Universitetinə (ATU) yeni prorektor təyin olunub.

Tehsil.biz-in əldə etdiyi məlumata görə, Tibb elmləri doktoru, radioloq Məlahət Sultanova ali təhsil müəssisəsinin elmi işlər üzrə prorektoru vəzifəsinə gətirilib.

Məlahət Sultanova indiyə qədər Azərbaycan Tibb Universitetinin Şüa diaqnostika kafedrasının müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Tibb elmləri doktoru, professor, olan Məlahət Cahangir qızı Sultanova 1990-1996-cı illərdə ATU-da ali tibb təhsili almış və radioloq ixtisasına yiyələnib. O, 1996-1998-ci illərdə Azərbaycan Tibb Universitetində klinik ordinaturada olub, 1998-2012-ci illərdə ATU-da Assistent vəzifəsində çalışıb.

2012-2020-ci illərdə ATU Şüa diaqnostikası kafedrasının dosenti vəzifəsində işləyib.

2020-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Tibb elmləri doktoru, professor elmi dərəcəsinə yiyələnib.

Məlumatı Azərbaycan Tibb Universitetindən saytımıza təsdiq ediblər.

Xəbər lenti