Tanınmış şəxsiyyətlərin ADPU ilə bağlı ən maraqlı xatirələrinin yer aldığı "QIZIL ANLAR" verilişinin ilk buraxılışı artıq qarşınızdadır.
Verilişin premyerası bu gün saat 20:00-da ADPU TV rəsmi youtube kanalında baş tutacaq.
İlk buraxılışımızda yaşayan əfsanələrdən biri professor Məlikməmməd Cəbrayılovun tələbələr üçün olduqca maraqlı olacaq xatirələrinə baş vurduq.
Prof. M. Cəbrayılov təxminən ömrünün 60 ilini Pedaqoji Universitetə bağlamış, 27 il bu ali təhsil müəssisəsində prorektor olmuşdur. Fəaliyyəti ərzində ümummilli lider Heydər Əliyev ADPU-da olarkən bir neçə dəfə ulu öndəri görmək də nəsibi olan professor hazırda ADPU-nun Ağsaqqallar Şurasının sədridir.
ADPU-nun mətbuat xidməti