Logo

Məktəblilərin beynəlxalq kosmik poster müsabiqəsinin Azərbaycan üzrə milli mərhələsi

16.10.2024 15:17 31 baxış
IMG

Məktəblilərin “APRSAF 30” (Asiya Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu) beynəlxalq kosmik poster müsabiqəsinin Azərbaycan üzrə milli mərhələsi keçirilib.

Azərkosmos-dan məlumat verilib. Bildirilib ki, Azərkosmos nəzdində fəaliyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə müsabiqəyə 30 məktəbli qatılıb.

İki mərhələdən ibarət olan müsabiqədə məktəblilərin posterlərini təqdim etməsi və təqdim edilmiş posterlərin konsept və dizayn, təqdimatetmə üslubu, emosional təsir, mövzunun təsirliliyi kimi qiymətləndirmə meyarları üzrə 3 qalib seçilib.

Qaliblər “Kosmik səyahət” mövzusuna həsr edilmiş APRSAF-30 beynəlxalq poster müsabiqəsinin milli mərhələsinin qaliblərinin cari ilin 26-29 noyabr tarixlərində Avstraliyanın Pers şəhərində keçiriləcək Beynəlxalq mərhələdə iştirak etmək şansı qazanıb.

Müsabiqənin məqsədi məktəblilərin kosmik elm və texnologiyaya marağını və məlumatlılığını artırmaq, kosmik yaradıcılığı inkişaf etdirməkdir.

Xəbər lenti