Logo

Sektor müdirinin otağında icazəsiz videoçəkiliş aparılması ilə bağlı AÇIQLAMA

17.10.2024 09:57 303 baxış
IMG

Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzovun xidməti otağına daxil olaraq, onun icazəsi olmadan videoçəkiliş aparılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, hadisə oktyabrın 7-də baş verib.

"Təssüf hissi ilə bildiririk ki, qeyd olunan hərəkətlərə yol verən şəxs Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Zabidov Cəlil Famil oğludur.

C.Zabidovun adıçəkilən təhsil müəssisəsində əyani vəsaitlərin verilməməsi ilə bağlı iddialarına cavab olaraq qeyd edək ki, dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan video.edu.az, trims.edu.az və e-derslik.edu.az platformalarında yerləşdirilir. Məktəbin təmir vəziyyətinə gəldikdə isə, Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbində əsaslı təmir işləri son dəfə cari ilin iyul-avqust aylarında həyata keçirilib. Məktəbin təmirdən sonrakı vəziyyətini əks etdirən şəkilləri təqdim edirik.

Digər iddialarla bağlı araşdırma regional idarə tərəfindən nəzarətə götürülüb, məsələ ilə bağlı eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda bu istiqamətdə araşdırma aparılır", - deyə açıqlamada qeyd olunub.

Xəbər lenti