Logo

Diaqnostik qiymətləndirmədə suallar bu mövzulardan salınacaq

17.10.2024 10:10 313 baxış
IMG

Məlum olduğu kimi 19-20 oktyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçiriləcək.

"Azərbaycan müəllimi" Təhsil İnstitutu tərəfindən hazırlanan qiymətləndirmə çərçivəsinə istinadən xəbər verir ki, test imtahanı mərhələsinin sualları məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf sahələri üzrə hazırlanıb.

1. Məzmun və metodika üzrə mövzular:

Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları
Təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarəedilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması və s.

Psixo-pedaqoji nəzəri əsaslar:
• Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosional-iradi inkişafı)
• Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətləri

Metodika:
• Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)
• Ətraf aləmlə tanışlıq
• Nitq inkişafı
• Bədii təfəkkürün inkişafı
• Məntiqi və riyazi təfəkkürün inkişafı
• Savad təliminin inkişafı
• Uşaqlarda özünəxidmət və əmək vərdişlərinin formalaşması
• Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri

Fəaliyyət mərkəzləri və onların xüsusiyyətləri

2. Təhlükəsizlik üzrə mövzular:

Uşaq hüquqları (konfidensiallıq və s.)
Gigiyena qaydaları və ilkin yardım
Xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi

İnklüziv təhsil mühitinin təşkili:
• Bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi
• Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi

3. Pedaqoji etika və əməkdaşlıq üzrə mövzular:

Pedaqoji etika
Valideynlərlə iş formaları

Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi:
• uşaq-uşaq;
• uşaq-böyük;
• böyük-böyük.

4. Özünüinkişaf üzrə mövzular:

Tərbiyəçi-müəllimin hüquq və vəzifələri
Özünütəhlilin və stresə davamlılığın xüsusiyyətləri


 

Xəbər lenti