Logo

Amazon-da çalışan azərbaycanlı Texniki Universitetdə seminarlar keçəcək

20.04.2021 19:08 883 baxış
IMG

Amazon-da çalışan həmyerlimiz Texniki Universitetin rektoru ilə görüşüb.

 

Bu barədə Yaşar Əhmədli öz feysbuk səhifəsində yazıb:

 

“Azərbaycan Texniki Universiteti rektoru Vilayət müəllimin dəvəti ilə görüşümüz oldu. Logistika və Təchizat Zəncirlərinin İdarə Edilməsi üzrə yeni, sənayeyə yönəlik proqram hazırlanır. Bu proqrama istənilən formada dəstək verəcəyimi bildirdim. 1-2 həftəlik məzuniyyət götürərək üz-üzə formatda seminarlar, qalan vaxtlarda isə Zoom üzərindən tədris prosesinə dəstək verə biləcəyimi diqqətlərinə çatdırdım."

Xəbər lenti