Logo

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

18.10.2024 14:39 360 baxış
IMG

18 oktyabr tarixində məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı simulyasiya əsaslı test imtahanı təşkil olunub. Simulyasiya ölkənin 14 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 28 imtahan mərkəzini əhatə edib.

Xatırladaq ki, 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, simulyasiyanın təşkil olunduğu Bakı şəhər 158 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində elektrik şəbəkəsində yaranan problem simulyasiyanın dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün simulyasiya iştirakçıları alternativ mərkəzə yönləndirilib.

Diaqnostik qiymətləndirilmədə iştirak edəcək pedaqoji heyətə uğurlar arzulayırıq!

Xəbər lenti