Oktyabrın 18-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
İctimai elmlər kafedrasının müdiri Habil Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və müstəqilliyimizin bərpasında mühüm rolu olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra "Müstəqilliyimizin bərpasını şərtləndirən tarixi-siyasi şərait" mövzusunda çıxış edən Şərqi Avropa dilləri fakültəsinin dekanı Kamran Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasındakı tarixi rolundan və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu yolu uğurla davam etdirməsindən danışıb. K.Hacıyev, həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbəni xatırladaraq, artıq Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımızın dalğalandığını qeyd edib.
Pedaqogika və psixologiya kafedrasının müəllimi Səyyarə Həsənli çıxışında Azərbaycanın əbədi müstəqilliyinin təmin olunmasında təhsilin və gənc nəslin vacib rolundan bəhs edib.
Sosial elmlər fakültəsinin III kurs tələbəsi Telnaz Talıbova isə çıxışında müasir Azərbaycanın inkişafında gənclərin və təhsilin əhəmiyyətini vurğulayıb.
Tədbir iştirakçıların təbrikləri ilə yekunlaşıb.