Logo

AzTU və “Okuklu Holding” birgə təlimlərə başlayıb

20.04.2021 20:21 528 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu Holding”in əməkdaşlığı çərçivəsində sosial media üzrə qrafik dizayner, maliyyə uçotu və mühasibatlıq sahəsi istiqamətində təlimlərə start verilib.

 

Bununla bağlı keçirilən onlayn tədbirdə AzTU-nun və “Okuklu Holding”in nümayəndələri iştirak edib.

 

Qeyd olunub ki, bu cür təlimlərin keçirilməsi tələbə və məzunların karyera imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu işdə “Okuklu Holding”lə qarşılıqlı əməkdaşlığın faydalı olduğu da diqqətə çatdırılıb. O da bildirilib ki, təlimlər “Okuklu Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov, qrafik dizayneri Qəmər Sadıqova və Avtomatlaşdırma şöbəsinin müdiri Ülvi Sultanov tərəfindən keçirilir.

 

30 gün davam edəcək təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti