Logo

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyimiz üçün ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib

18.10.2024 17:13 262 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin və onun nəzdindəki kafedraların təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Gələcəyimiz üçün ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ağac əkməklə ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin sağlamlaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, atmosferi oksigenlə zənginləşdirməkdir.

Fakültənin əməkdaşları və tələbələri bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Xəbər lenti