Logo

NASA-nın ən böyük kosmik gəmisi Yupiterin buzlu peykini araşdırmaq üçün yola düşüb

20.10.2024 10:36 343 baxış
IMG

NASA Yupiterin buzlu peyki olan Europanı araşdırmaq məqsədilə ən böyük kosmik gəmisi "Europa Clipper"i kosmosa buraxıb. 

TƏHSİL.BİZ CNN-ə istinadən xəbər verir ki, bu missiya Yupiterin peykində həyat üçün lazım olan şərtlərin mövcud olub-olmadığını araşdıracaq.

"Europa Clipper" 2024-cü il oktyabrın 14-də ABŞ-nin Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən "SpaceX Falcon Heavy" raketi ilə buraxılıb.

Kosmik gəmi 2030-cu ilin aprelində Yupiterə çatacaq və orada 49-a yaxın uçuş həyata keçirəcək.

Missiyanın əsas məqsədləri sözügedən peykin buzlu səthinin altında böyük yeraltı okeanın olduğunu təsdiqləmək, peykin səthindəki geoloji prosesləri və buzlu qabığın altında baş verən hərəkətləri araşdırmaq, həmçinin gələcəkdə buraya göndəriləcək daha geniş missiyalar üçün məlumat toplamaq və texnologiyaları sınaqdan keçirməkdir.

Qeyd edək ki, bu missiya kosmosda həyat izlərini axtarmaq üçün atılan ən mühüm addımlardan biridir. Europanın böyük yeraltı okeana sahib olduğu və bu okeanın həyat üçün əlverişli şərtlərə malik ola biləcəyi ehtimal edilir.

Xəbər lenti