Azərbaycanda daha iki məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Oxu.Az-ın əldə etdiyi məlumatına görə, Hacıqabul rayonun Talış və Rəncbər kənd tam orta məktəbində müəllimlər arasında koronavirus xəstəliyi (COVID-19) yayılıb.
Bu səbəbdən məktəblər iki həftəlik karantinə bağlanıb.