Logo

UNEC-də süni intellekt fənninin tədrisinə xarici mütəxəssislər cəlb olunur

21.10.2024 12:54 236 baxış
IMG

Dövlət İqtisad Universiteti (UNEC) süni intellekt sahəsindəki yenilikləri ilə diqqət çəkir.

Bu barədə universitetdən  TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, hazırda universitetdə süni intellektlə bağlı balakvriatura və magistratura səviyyələrində 21 fənn tədris olunur. Bu fənlərin tədrisi, süni intellektin geniş və multidisiplinar xarakterini nəzərə alaraq, ixtisaslaşmış müəllimlərin, eləcə də xarici universitetlərin akademik heyətinin cəlb edilməsi ilə həyata keçirilir.

UNEC-də müəllimlərin praktiki bacarıqlarının artırılması və yeni biliklərin əldə edilməsi üçün mütəmadi olaraq təlimlər də təşkil edilir. Bu yanaşma, tələbələrin müasir texnologiyalara uyğun təhsil almasını təmin edir və onların gələcək karyera perspektivlərini genişləndirir.

Süni intellektin sürətlə inkişaf etdiyi dövrdə, UNEC-in bu sahəyə göstərdiyi diqqət, mütəxəssis hazırlığında önəmli addım hesab olunur.

Süni intellektlə bağlı UNEC-də 21 fənn tədris olunur. Süni intellekt fənninin tədrisi üçün xaricdən müəllimlər dəvət olunub. Əsasən Yaponiya və Hindistanın qabaqcıl universitetlərindən təcrübəli mütəxəssislər, müəllimlər  gəliblər. Süni intellekt fənni ilə bağlı UNEC-də 9-dan çox təkmilləşdirilmiş laboratoriya fəaliyyət göstərir.

Xəbər lenti