Logo

Göyçay və Ağdaş kolleclərində monitorinqlər aparılıb

21.10.2024 14:56 550 baxış
IMG

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində (kolleclər) keçirilən monitorinqlər çərçivəsində qurumun Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Ağdaş Dövlət Humanitar Kollecində olub.

Agentlikdən TEHSİL.BİZ -ə bildirilib ki, monitorinq zamanı müəllim və tələbə heyəti ilə görüş keçirilib və kolleclərin fəaliyyəti barədə müzakirələr aparılıb. Tələbə və müəllimlərin problemləri, şikayət və təklifləri dinlənilib, ayrı-ayrı qruplar üzrə tələbələrin dərslərə hazırlıq səviyyəsi yoxlanılıb.


 

Xəbər lenti