ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi böyük elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Tədqiqat dizaynının hazırlanması və tədqiqat planının işlənməsi;
- Elmi tədqiqat prosesinin təşkili və idarə edilməsi;
- Müxtəlif tədqiqat metod və alətlərindən istifadə edərək məlumatların toplanması, təhlil və analiz edilməsi;
- Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr etdirilməsi;
- Müxtəlif yerli və beynəlxalq elmi konfranslarda, forumlarda və s.-də iştirak;
- Şöbənin eyni zamanda icra etdiyi bir neçə tədqiqat layihəsində iştirak.
Tələblər:
- Ali təhsil (magistr təhsili);
- 3 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan dilində düzgün yazı və səlis danışıq bacarığı (rus və ingilis dili biliyi arzuolunandır);
- Elmi tədqiqat sahəsində mövcud qanunvericilik, qayda və təlimatlar haqqında biliklər;
- “Microsoft Office”, “SPSS”, “Python” və ya “R” proqramlarında sərbəst işləmək bacarığı;
- “Google” alətlərindən istifadə bacarığı;
- Analitik düşüncə və problem həlletmə bacarığı;
- Statistik hesabatların hazırlanması bacarığı;
- Komanda ilə işləmək bacarığı;
- İdarəetmə bacarığı;
- Şəxsi keyfiyyətləri (ünsiyyətcil, innovativ, intizamlı, stressə qarşı davamlı və s.).
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 15 noyabr tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Böyük elmi işçi” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.