Logo

BSU-nun professor, müəllim - tələbə heyəti beynəlxalq konfransda iştirak edib

22.10.2024 13:37 33 baxış
IMG

 Bakı Slavyan Universitetinin (BSU) professor, müəllim - tələbə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə Estoniya təcrübəsi” mövzusunda  beynəlxalq konfransda iştirak edib.

 Beynəlxalq konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq  Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilib.

 Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” mövzuları əhatə olunub.

Xəbər lenti