Logo

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində herontoloji tədqiqatlar aparılacaq

22.10.2024 16:09 470 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin iclasında Lənkəran Regional Elmi Mərkəzinin strukturunda daxili imkanlar hesabına Herontoloji tədqiqatlar şöbəsinin yaradılması haqqında məsələ də müzakirə edilib.

Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib.

İclasda akademik İsa Həbibbəyli bildirib ki, cənub bölgəsində uzun illər ərzində aparılan herontoloji tədqiqatlar nəticəsində bu ərazidə uzunömürlülük indeksinin daha yüksək olduğu müəyyən edilib. Bununla bağlı cənub regionunda uzunömürlülük fenomeninin öyrənilməsi həm sosial-bioloji, həm də ekoloji amillərin insan orqanizminə təsirinin daha aydın göstəricisi kimi böyük əhəmiyyətə malikdir. Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin strukturunda mərkəzin daxili imkanları hesabına Herontoloji tədqiqatlar şöbəsi yaradılıb.

Xəbər lenti