Logo

Emin Əmrullayev: Bu gün 10 məktəbdən 9-u tədrisə yararlı vəziyyətdədir

24.10.2024 13:55 250 baxış
IMG

Ölkədə məktəblərin 90 faizdən çoxu təmirlidir. Hər bir məktəbdə tədris şəraitinin yaradılması Elm və Təhsil Nazirliyinin qarşısında duran əsas məqsəddir. 

Bu fikirləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, son 5 ildə modul tipli məktəblər də daxil olmaqla, 550-dən artıq məktəb yenidən tikilib, əsaslı təmir olunub:

"Ayrılmış investisiya büdcəsi çərçivəsində və Heydər Əliyev Fondu tərəfindən hər il 50-70 məktəb yenidən tikilərək təmir olunur. Nəzərə alaq ki, illər ötdükcə, əvvəl tikilmiş məktəblər də köhnəlir.  Bu, daimi prosesdir. Bu gün 10 məktəbdən 9-u tədrisə yararlı vəziyyətdədir".

Xəbər lenti