Azərbaycan Dillər Universitetində (ADU) Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədrinin tələbələrlə görüşü keçirilib.
Görüşdə birliyin sədri Aynurə Salmanlı Ələkbərli gənclər siyasəti, birliyin fəaliyyəti, gələcək layihələri barədə məlumat verib, gənclərin suallarını cavablandırıb.
Həmçinin sosial aktivliyin tələbələrin gələcək həyatında oynadığı rol və karyeralarına təsiri barədə məlumatlar verilib.