Logo

Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan tarix fənn kurikulumunun müzakirəsi təşkil edilib

25.10.2024 12:39 56 baxış
IMG

24 oktyabrda Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan tarix fənn kurikulumunun müzakirəsi təşkil edilib. Bu müzakirə Bakı şəhəri ümumtəhsil müəssisələrinin fənn müəllimləri və müəllif heyətinin iştirakı ilə keçirilib.

Görüşdə Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verib və tarix fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. İşçi qrupunun üzvü Talıb Talıblı tarix fənn kurikulumunun təkmilləşdirilməsində nəzərə alınmış məqamlar haqqında, işçi qrupunun digər üzvü Ramil Tanrıverdi isə məzmunda edilən dəyişiklikləri, qiymətləndirməyə dair tövsiyələri və təlim strategiyalarını özündə əks etdirən təqdimatla çıxış edib.

Daha sonra görüş qarşılıqlı müzakirə formatında davam edib.

Müəllimlər xüsusən konsentrik prinsipdən xətti prinsipə keçidi müsbət qiymətləndirib, eyni zamanda sənədə dair rəy və təkliflərini səsləndirib və görülən işlərin əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti