Bakı Dövlət Universitetində Azərbaycan Milli Kitabxanasının auditoriyasının açılışı çox əhəmiyyətlidir. Düşünürük ki, BDU-nun professor müəllim heyəti, tələbələri, magistrantları, elmi-tədqiqat aparan alimlər bundan faydalanacaqlar.
Bu barədə TƏHSİL.BİZ -ə müsahibəsində mədəniyyət naziri Adil Kərimli söyləyib.
Nazir qeyd edib ki, BDU-da açılan auditoriya rəmzi məna daşıyır. Milli Kitabxananın bu sahəyə verdiyi töhfə müvafiq sahədə təhsilin inkişafına praktik kömək edəcək. Elmin, təhsilin inkişafı prioritet istiqamətlərdən biridir. Mədəniyyət Nazirliyi də bu inkişafa daim dəstək verməyə hazırdır.
“Kitabxana işi sahəsində BDU tərəfindən kadr hazırlığı çox önəmlidir. Düşünürəm ki, bu çərçivədə bizim əməkdaşlığımız genişlənəcək. Belə layihələr tələbələrimiz və elmimiz üçün faydalı olacaq”, - deyə nazir vurğulayıb.