Logo

Ciddi nöqsanlar aşkarlanan bağçanın müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib

29.10.2024 11:03 140 baxış
IMG

Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı səsləndirilən iddialar barəsində Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Regional İdarədən TƏHSİL.BİZ -ə bildirilib ki, məktəbəqədər təhsil müəssisəsinin 2024-cü il ərzində olan fəaliyyəti yoxlanılıb və ciddi nöqsanlar aşkar edilib.

Əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz şəkildə icra etdiyinə və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə Ağstafa rayon Vurğun qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xəbər lenti